Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda qadın sevgilisi tərəfindən bıçaqlandı – Kafedə

Bakıda qadın sevgilisi tərəfindən bıçaqlandı – Kafedə

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“ Azinforum.az ” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Ə.Məmmədəliyev küçəsində yerləşən kafedə qeydə alınıb.

Kafedə 1984-cü il təvəllüdlü Tərgül Hümbətəliyeva bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Tərgül Hümbətəliyeva kafedə sevgilisi tərəfindən bıçaqlanıb. Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir.

Tərgül Hümbətəliyeva həmin kafedə xidmətçi işləyirmiş.

Faktla bağla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın