Ana səhifə / Araşdırma / Bakıda qadın özünü körpüdən atdı

Bakıda qadın özünü körpüdən atdı

Dünən gecə saatlarında Bakı şəhərinin Xəzər rayonunda tapılan qadın meyitinin kimə məxsus olması müəyyənləşib.

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Mərdəkan körpüsünün yaxınlığında ölən qadının 1970-ci il təvəllüdlü Məmmədova Sevda Tofiq qızı olması bəlli olub.

Əvvəlcə yol qəzası zamanı öldüyü ehtimal edilən qadının intihar etdiyi üzə çıxıb.

Bildirilir ki, 47 yaşlı S.Məmmədova Mərdəkan qəsəbə sakinidir və yanvarın 24-nə keçən gecə evi tərk edərək Mərdəkan körpüsü istiqamətinə gəlib və özünü yol ötürücüsünün üstündən ataraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın