Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda qadın keçmiş məmuru öldürmək üçün killer tutdu

Bakıda qadın keçmiş məmuru öldürmək üçün killer tutdu

Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub.

“Report”un xəbərinə görə, bunlar Günel Süleymanova və Ramil Hüseynlidir.

Zərərçəkən – Bərdə rayon sakini Hüseyn Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, G.Süleymanovanın ona 35 min manat borcu olub, məhz bu səbəbdən də R.Hüseynliyə onu öldürməyi sifariş verib.

Xatırladaq ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Hüseyn Qasımov istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın