Cümə , Oktyabr 18 2019
Ana səhifə / Araşdırma / Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir – ÖLƏN ŞƏXSİN ADI MƏLUM OLDU

Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir – ÖLƏN ŞƏXSİN ADI MƏLUM OLDU

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Azinforum.az publika.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlu idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Mərdəkan istiqamətində hərəkət edən ya gedən yolda 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.
İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.
O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu şirkətlərdən birində sürücü işləyir və avtomobil ona məxsus deyil.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …