Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Bakıda  polislə 30 homoseksual arasında dava düşdü

Bakıda  polislə 30 homoseksual arasında dava düşdü

Oktyabrın 2-dən 3-nə keçən gecə, saat 2 radələrində Bakının mərkəzində yol qəzası baş verib.

Şahidlərin Avtosfer.az-a verdiyi məlumata görə, Neftçilər prospekti ilə yüksək sürətlə hərəkət edən «Mitsubishi-Pajero» markalı avtomobil Muzey Mərkəzinin qarşısından Səməd Vurğun küçəsinə dönərkən qəza törədib. Avtomobil sürətlə hərəkət etdiyi üçün sürücü idarəetməni itirib və «Pajero» sağ tərəfdəki səkiyə çıxaraq oradakı dayanma-durmanı qadağan edən yol nişanını əzib, sonra isə reklam dirəyinə dəyərək dayanıb.

Şahidlərin sözlərinə görə, avtomobildən düşən şəxs cinsi azlığın nümayəndəsi olub. Hadisə yerinə gələn yol polisləri sərxoşluq müayinəsi üçün onu tibbi müayinəyə aparmaq istəyiblər. Lakin həmin şəxs polislərlə mübahisə edərək harasa zəng edib. Bir neçə dəqiqədən sonra hadisə yerinə bahalı avtomobillərlə 30-dan artıq cinsi azlıq nümayəndəsi gəlib. Onlar polislərlə mübahisə edərək qəza törədən homoseksualın harasa aparılmasına etiraz ediblər.

Məlumata görə, mübahisə zamanı vəziyyət qarışıb və qəza törədən cinsi azlıq nümayəndəsi hadisə yerindən yayına bilib. Onun avtomobili isə evakuatorla aparılıb. Qırılmış yol nişanı hazırda həmin ərazidədir.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın