Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda polis zabiti maşını aşırdı: ölən və yaralanan var

Bakıda polis zabiti maşını aşırdı: ölən və yaralanan var

Bakıda Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb.

Bölmədən ANS PRESS-ə verilən məlumata görə, qəza Mərdəkan-Buzovna yolunda qeydə alınıb.

Həmin yolda hərəkət edən 12-ci polis bölməsinin əməkdaşı, leytenant, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobilini aşırıb.

Qəza nəticəsində polis və onun sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxana yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq maşında olan sərnişin dünyasını dəyişib. Polis əməkdaşının vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın