Ana səhifə / Araşdırma / Bakıda polis qəza törətdi – Fotolar

Bakıda polis qəza törətdi – Fotolar

Bakının Fəhlə prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.

“ Azinforum.az ” ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində  “Volkswagen Passat CC” tanınmaz hala düşüb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

***

AzNews.az xəbər verir ki, polis əməkdaşı Bakıda Nobel prospektində, Azərbaycan Futbol Federasiyası Asossiasiyasının inzibati binasının yaxınlığında dəhşətli qəza törədib. Bu barədə jurnalist Günay Novruzqızı məlumat verib.

O, “Passat” markalı avtomobilin sürətlə gəldiyini və nəticədə “Kamaz”ın altına girdiyini bildirib: “Bir az əvvəl Allah məni və anamı çox böyük qəzadan qorudu. Yolda “Şumaxerlik” edən bu avtombilin sahibini də… Yüksək sürətlə “Kamaz”ın altına girən maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq”.

 

***

Report-un məlumatına görə, “Passat” əvvəlcə “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra “KamAZ” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində “Passat”ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra “Passat”ın dövlət nömrə nişanı çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Fotolar Trend və Report-a məxsusdur.

Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib
Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib
Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib
Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib
Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib
Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın