Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda polis maşınını çəkiclə sındıran şəxsin cəzası açıqlandı: 9 il həbs

Bakıda polis maşınını çəkiclə sındıran şəxsin cəzası açıqlandı: 9 il həbs

Paytaxtda DYP maşınının üstünə çıxaraq çəkicləyən şəxsin məhkəməsi başa çatıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində yol polisi əməkdaşlatına hücum edən, DYP-yə məxsus avtomobilin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Bəylərov 9 il azadlıqdan məhrum edilib.
Hadisənin təfərrüatı barədə bildirək ki, bu il fevral ayının 18-də Ş.Bəylərov Heydər Əliyev Mərkəzinin qarşısında DYP-yə məxsus maşını üzərində olan çəkiclə yararsız vəziyyətə salmışdı. O, polis əməkdaşlarına qəzəbini bu şəkildə göstərdiyini demişdi. Səbəb olaraq isə polislərin onun sualına istədiyi cavabı verməməsini göstərirdi.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurdu.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın