Ana səhifə / Araşdırma / Bakıda polis generalı yol polisini həbs etdirib – Şikayət

Bakıda polis generalı yol polisini həbs etdirib – Şikayət

Bakıda yol polisi əməkdaşı həbs olunub. Bu haqda redaksiyamıza yolladığı məktubda tutulan polis əməkdaşının atası İsif Azayev yazıb.
Prezidentə, baş prokurora, daxili işlər nazirinə müraciət edən İ.Azayev oğlunun bir qrupun planlaşdırdığı oyunun qurbanına çevrildiyini yazır: “Oğlum Fərid Azayev Dövlət Yol Polis İdarəsinin Yasamal rayon şöbəsinin serjant rütbəsində çalışmaqla, həbsə alındığı günə qədər Polis Akademiyasında da təhsil alırdı. 2014-cü ilin dekabrın 21-dən 22-nə keçən gecə 3 radələrində Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməliyyatçıları Fərid Azayevi saxlayıblar. Guya oğlumun Sevinc Məmmədova və Şəfəq Beydullayevanı oğurlayaraq, seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər. Hadisə baş verən gün Fərid hadisə yerində olmayıb. Oğluma qarşı  qanunsuz itihama Bakı Şəhər Prokurorluğunun istintaqçıları şərik olaraq həbsə alınması üçün məhkəməyə təqdimat verib və onun həbsinə nail olublar. Lakin vəkilimizin topladığı faktlar bu ittihamı təkzib edir”.
Məktub müəllifi yazır ki, oğluna qarşı qurulan ssenaridə yüksək vəzifə tutan general və əlaltıları, cəmiyyətdə geniş tanınan sənət adamlarının adları var: “Bu barədə kifayət qədər faktlara malikəm. Onların adlarını açıqlayacayam. Onda bütün cəmiyyət biləcək ki, öz nazirinin adını yerə vuran və düşünərək xalqı dövlətdən narazı salan kimlərdir”.
Məktub müəllifi yazır ki, həmin gün oğlu Fərid Azayev nənəsi ağır xəstdə olduğundan bir çox qohumlarla bərabər səhərə kimi evdə olub: “Bunu həmin evdə olan bütün qohum-əqraba istintaqa verdiyi ifadələrində təsdiq ediblər. Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşı İndar Məmmədov və Bakı şəhəri Prokurorluğunun baş müstəntiqi Emzar Qocayev sifarişlə Faiqi deyil, DYP-də işləyən Fəridi adam oğurluğu və qızlara seksual xarakterli hərəkətlər etmək adıyla cinayət məsuliyyətinə cəlb edərək həbs ediblər. Görəsən, Fərid evdə ola-ola bu hərəkətləri necə edib? Sual oluna bilər ki, bəs bütün bu qanunsuzluqları həyata keçirən kimlərdi?
Deməli, Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi Emzar Qocayev Gürcüstandandır. Ramil, İndar Məmmədovlar və istintaqın rəisi Cəfər Cəfərov da onların  yerliləridir. Eyni zamanda üzə durub Fəridə şər atan Sevinc Məmmədova və Şəfəq Beydullayeva da gürcüstanlılardır. Ona görə də onlar birləşib məqsədli və sifariş əsasında Fərid Azayevə belə bir tələ qurublar. Müstəntiq E.Qocayev şahidlərə hədə-qorxu gələrək, onlara təzyiq və məcbur edib ki, Fəridin həmin gecə orada olduğunu yazsınlar. Onun barəsində qeyri-qanuni qondarma faktlar toplamağa cəhd edirlər. Bunu isə özlərini saldıqları bataqlıqdan çıxartmaq üçün etmək istəyirlər. Oğlum Fəridi qeyri-qanuni, heç bir səbəbsiz həbs etdirdiyi üçün cinayət işini Emzar Qocayevdən aldırsaq da, o, yenə istintaqa müdaxilə edir. O, bu qanunsuzluqları Bakı şəhər  prokurorunun müavini Azər Əsgərov və Cəfər Cəfərovun göstərişi ilə etdiyini də deyir.
Ancaq məktub müəllifi söhbətin hansı generaldan getdiyini açıqlamayıb.
F.Azayevin vəkili Adəm Məmmədov da söhbətin hansı generaldan getdiyini açıqlamır: “Bu cinayət işi tamamilə absurdlar üzərində qurulub. Belə ki, CM-in 144-cü maddəsinin qeyd hissəsində göstərilir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Əgər hadisə Fəridin iştirakı ilə olmuşsa belə, ona CM-in 144-cü maddəsinin cinayət tərkibli əlamətləri ilə ittiham verilməsi qanunsuzdur. Zərərçəkmiş şəxs özünün oğurlanması barədə hüquq-mühafizə orqanlarına maneəsiz şikayət edərək polis orqanlarının inzibati binasına sərbəst şəkildə daxil ola bilirsə, burada  CM-nin 144-cü maddəsində nəzərədə tutulan tərkib əlamətlərinin mövcud olmasından söhbət belə gedə bilməz. Qızlardan birinə qarşı edildiyi iddia olunan seksual xarakterli hərəkətlər isə heç bir şahid ifadəsində təsdiqini tapmayıb. Buna görə də qanunun gücünə inanıram və araşdırmamın nəticəsi olaraq qəti əminəm ki, ədalət məhkəməsi bir gənc polis işçisinin həyatını məhv olmağa qoymayacaq”(İstiqlal.az)

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın