Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda polis avtobus sürücüsünə tapança tuşlamış şəxsi axtarır

Bakıda polis avtobus sürücüsünə tapança tuşlamış şəxsi axtarır

Daxili İşlər Nazirliyi Bakıda naməlum şəxsin avtobus sürücüsü və sərnişinlərin üzərinə silah çəkməsi xəbərinə münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın