Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda polis əməkdaşının idarə etdiyi avtomobil piyadanı vurub

Bakıda polis əməkdaşının idarə etdiyi avtomobil piyadanı vurub

Bakının Nərimanov rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil yolu keçən piyadanı vurub. Hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Süleymanov Şamxal Fəxrəddin oğlu yolu keçmək istəyərkən onu 90 ZT 571 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil vurub. Nəticədə Ş.Süleymanovun iki ayağı sınıb. Yaralı qəzanı törədən avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Ş.Süleymanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzanı törədən “VAZ 2107” markalı avtomobilin sürücüsü Sadıqov Nadir Nurəddin oğlu Baş Mühafizə İdarəsinin əməkdaşıdır. O, qəzanı törədərkən xidmətdə olub.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın