Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda partlayış baş verib, xəsarət alanlar var – Video

Bakıda partlayış baş verib, xəsarət alanlar var – Video

Bu Gecə Bakının Xətai rayonunda partlayış baş verib.

 

“Report” xəbər verir ki, hadisə rayonun Səməd bəy Mehmandarov 122-128 ünvanında, istilik xətlərinin keçdiyi ərazidə yaşanıb.

 

Qeyd olunan ünvanda yerləşən binanın həyətində otlaq sahəsi yanıb. Binanın birinci mərtəbəsində yaşayan sakinlər Yüzbəkov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman naməlum səbəbdən partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar. Vəziyyətləri ağırdır.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar partlayışın nə səbəbdən baş verdiyini dəqiqləşdirmək üçün araşdırma aparırlar.

 

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın