Ana səhifə / Araşdırma / Bakıda özünü yandıran şəxs: “Yaxşı eləmişəm, yandırmışam”

Bakıda özünü yandıran şəxs: “Yaxşı eləmişəm, yandırmışam”

Fevralın 6-da özünü yandıraraq, intihara cəhd edən Bakı sakini Məmmədov Anar Vahid oğlunun vəziyyəti normaldır. 
Bu məlumatı musavat.com-a 5 saylı Şəhər Klinik Xəstəxananın yanıq şöbəsinin həkimi Şöhrət Məmmədov verib.
Onun sözlərinə görə, A.Məmmədovun bədəninin 30 faizi yanıb, həyatı üçün heç bir təhlükə yoxdur. Həkim bildirib ki, özünü yandıran şəxs narkotik istifadəçisi kimi uzun zamandır, xəstəxanada qeydiyyata götürülüb.
“Onun özünü yandırması haqda dəqiq məlumat yoxdur. Özündən bir neçə dəfə soruşmuşam. Deyir ki, yaxşı eləmişəm, yandırmışam. Onu ziyarətə gələn də yoxdur. Bu müddət ərzində 1-2 nəfər onun yanına gəlib” – deyə Ş.Məmmədov bildirib.
Fevralın 2-də Ağcabədidə intihar məqsədi ilə özünü yandıran 52 yaşlı Zərnişan Ələkbərovanın vəziyyəti isə ağırdır. Həkim bildirib ki, bədənininb 60 faizi yanan qadın hələ də reanimasiyadadır. Onun həyatı üçün ciddi təhülkə var.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın