Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Bakıda oğurlanmış 19 yaşlı qız bilərəkdən qoşulub qaçdığını bildirdi

Bakıda oğurlanmış 19 yaşlı qız bilərəkdən qoşulub qaçdığını bildirdi

Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib. Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb.

Hadisədə adı hallanan Eldar Əzizulla oğlu Bağışov bildirib ki, məsələ heç də qeyd olunduğu kimi deyil.

“Burada söhbət qaçırılmaqdan gedə bilməz. Biz bir-birimizi sevdik və bir yerdə yaşamağa qərar verdik. Planlaşdırdığımız yerdə görüşüb gəlmişik evə. Mən onları evlərindən qaçırmamışam. Polis idarəsində izahatımda da belə yazmışam. Aysel hazırlıqlı gəlmişdi. Evlərindən həm özünün, həm də uşağına lazım olan əşyaları toplayıb, gəlib yolun kənarına, oradan da birlikdə görüşüb getmişik”.

Qaçırıldığı deyilən 1998-ci il təvəllüdlü Yusifova Aysel Fuad qızı da hadisəni təsdiqləyib. “Paltarımı yığıb gəlmişəm görüşə. Oradan da getmişik”.

Ayselin dediyinə görə, o, əvvəlki həyat yoldaşından rəsmi olaraq boşanıb. Eldarla da yaxın günlərdə nikaha girməyi planlaşdırır. (oxu.az)

*   *   *21:44

Bakıda kişi qadını və 2 yaşlı uşağını oğurlayıb.

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsinin sakini Gülxanım Yusifova Binəqədi Rayon Polis Şöbəsinə müraciət edərək, avqustun 5-də Eldar adlı birinin onun 19 yaşlı qızı Aytəni və 2 yaşlı nəvəsi Yusifi oğurladığını bildirib.

Qadının sözlərinə görə, kişi onun qızını evlənmək məqsədilə oğurlayıb.

Cinayət əməlini törətmiş şəxsin kimliyi müəyyənləşdirilir.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın