Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda oğul atasını yandıraraq öldürdü – Yenilənib

Bakıda oğul atasını yandıraraq öldürdü – Yenilənib

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

İmdad Mehdiyevin ölümü ilə bağlı təfərrüat məlum olub.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 31 yaşlı İlyas Mehdiyev atası İmdad Mehdiyevin üzərinə benzin tökərək onu və yaşadığı evi yandırıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın