Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda oğul anasının boğazını kəsib – Şərəfsiz…

Bakıda oğul anasının boğazını kəsib – Şərəfsiz…

Bakıda oğul anasının boğazını kəsib
“Report”un xəbərinə görə hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən yaşayış evində kirayə yaşayan 45 yaşlı Bəkirova Fərqanə Ələsgər qızı oğulu ilə mübahisə edib. Nəticədə F.Bəkirova oğulunun bıçaqlı hücumuna məruz qalıb. F.Bəkirovanın boğazı kəsilib. O, digər oğlunun köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Bəkirova əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.
F.Bəkirova cərrahiyyə əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən oğlunun ruhi-əsəb xəsətəliyindən əziyyət çəkdiyini və ondan şikayətçi olmadığını bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın