Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / Bakıda oğul anasını güllələdi – Namus üstündə

Bakıda oğul anasını güllələdi – Namus üstündə

Bakıda qətl törədilib.

“ Azinforum.az ” xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın