Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıda nişanlı rəfiqəsini şantaj edən qızı maşınla vurdular

Bakıda nişanlı rəfiqəsini şantaj edən qızı maşınla vurdular

Bakıda 28 yaşlı qadın döyülüb.

“Report” xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əliyeva Səidə Şahin qızı nişanlı olan rəfiqəsi L.M.-nın (şərtidir) digər bir şəxslə görüşdüyü vaxt fotosunu çəkib və onu həmin fotoşəkillə şantaj edib.

Bundan əsəbiləşən L.M. anası ilə birgə S.Əliyevanı “Turan” mebel evinin qarşısında avtomobillə vurub.

Onlar daha sonra S.Əliyevanı döyüb və ərazidən uzaqlaşıblar.

S.Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın