Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda namus davası: polis qadının evində başından güllələndi

Bakıda namus davası: polis qadının evində başından güllələndi

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gedərək əvvəllər Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsində işləyən polis əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

Hadisənin qısqancıq zəminində baş verdiyi bildirilir. İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. Nicat Şəbiyevin hadisə baş verən həyətdə fəhlə işlədiyi bildirilir.

Saxlanılan Bəbirovun yaxın qohumunun sözlərinə görə, İsgəndər qətlə yetirilən polis əməkdaşına dəfələrlə onun evinə gəlməməyi tövsiyə edib: “Tanıyırdı həmin şəxsi. Hətta ona xəbərdarlıq da etmişdi ki, çəkil bu yoldan”.

Polis idarəsindən hadisənin namus üstündə baş verdiyi, qətlə yetirilən şəxsin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olduğu qeyd olunub.

İlkin məlumata görə, İsgəndər Bəbirov ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri Malik Muradovun baş nahiyəsinə dəyib.

“Qadın da bilirdi ki, İsgəndər hər şeydən xəbərdardır. Hətta Malik İsgəndəri hədələyirdi ki, mən polis işçisiyəm-filan, qanuni tədbir görərəm” – deyə Bəbirovun qohumları bildirib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, saxlanılan İsgəndər Bayraməli oğlu Bəbirov 5 uşaq atasıdır.

*  *  *11:05 

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

*   *   *10:00

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın