Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Bakıda nadir hadisə: qadın sürücü maşını ilə birlikdə cərimə meydançasına aparıldı – VİDEO

Bakıda nadir hadisə: qadın sürücü maşını ilə birlikdə cərimə meydançasına aparıldı – VİDEO

Bu gecə yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər.
Lent.az-ın məlumatına görə, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan “Hyundai” markalı avtomobilin xanım sürücüsünə “Saxla!” əmri versələr də, o hərəkətini davam etdirib. Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq, sənədlərini polis əməkdaşına verməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, iki ay əvvəl yol nəqliyyat hadisəsi törədərək ərazidən qaçdığı və banka borcu olduğu üçün axtarışa verilib.
Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu çağırılıb. O, avtomobildən düşmədiyindən, əraziyə evakuator çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib.
Avtomobil cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Araşdırmalar davam edir.








Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın