Çərşənbə , May 27 2020
Ana səhifə / Araşdırma / Bakıda mühafizəçini döydürən ”003” nömrə nişanlı ”Range Rover”li xanımın əri həbs olundu

Bakıda mühafizəçini döydürən ”003” nömrə nişanlı ”Range Rover”li xanımın əri həbs olundu

Bakıda mühafizəçini ölümcül döydürən ”003” nömrə nişanlı ”Range Rover”in xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb. Criminal.az saytı bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınması barədə xəbər vermşdi.

Buna da bax:Bakıda ”003” nömrə nişanlı ”Range Rover”in xanım sürücüsü mühafizəçini ölümcül döydürdü

Məlumata görə, cavan xanım sürücü idarə etdiyi ”– — 003” dövlət nömrə nişanlı son model ”Range Rover” markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kimsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ”AA” dövlət nömrə seriyalı ”Mercedes” markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçisi huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.

Məlumat saytda yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifariçi verən qadının əridir.

Qadının əri hadisədən sonra həbs olunub.

Məsələ ilə bağlı Səbail rayon Polis İdarəsindən açıqlama almaq mümkün olmadı. Həbs olunan şəxsin adı açıqlanmasa da, o, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrə malikdir. Mövzüni davam etdirəcəyik. Criminal.az izləyin…

Həmçinin oxuyun

Vətəndaşları dövlətdən ən çox narazı salan şəxslərdən biri, Şahmar İbadov vəzifəsinə əlvida dedi

Nəhayət Nərimanov sakinlərinin arzu etdikləri gün gəldi- vətəndaşları dövlətdən ən çox narazı salan şəxslərdən biri, …

Bir cavab yazın