Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Bakıda müəllim1-ci sinif şagirdini döydü – İDDİA (VİDEO)

Bakıda müəllim1-ci sinif şagirdini döydü – İDDİA (VİDEO)

Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri 1-ci sinif şagirdini döyüb.

Azinforum.az open.az-a istinadla xəbər verir ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.

O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllim tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazıb: “Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur”.

Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimdən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib:

“Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq. Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …