Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda maşın itələyən polislərin videosunu yayan gənc həbs olundu – VİDEO

Bakıda maşın itələyən polislərin videosunu yayan gənc həbs olundu – VİDEO

Polis yolda qalan sürücüyə kömək edir, Seymur Mahmudbəyli isə onları ələ salırdı

Bakının Nərimanov rayonu ərazisində yolda qalan avtomobili itələyən polislərin videosunu çəkərək sosial şəbəkələrdə yayan gənc həbs olunub. Avtosfer.a-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu video oktyaörın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayıb və onların bu hərəkətini ələ salmağa çalışıb.

Bu video yayılandan iki gün sonra saxlanılan gənc xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılıb və 15 gün həbs cəzası alıb. Həmin şəxs 1993-cü ildə Bakıda anadan olmuş, Xətai rayon sakini Mahmudbəyli Seymur Məmməd oğludur. O, hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir.

Criminal.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın