Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda manyak peyda oldu: Məktəbli qızlara yaxınlaşır…

Bakıda manyak peyda oldu: Məktəbli qızlara yaxınlaşır…

Bakıda yeniyetmə qızların qarşısını kəsərək, əxlaqsızlıq edən manyak peyda olub.

Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib. Valideyn bildirib ki, Xətai rayonunda, Ali Məhkəmənin yanında “keşik çəkən” manyak yaxınlıqda yerləşən məktəblərdən çıxan yeniyetmə qızların qarşısını kəsir, onlara əlində tutduğu planşetdəki əxlaqsız fotoları göstərməyə çalışır:

“Artıq 15 günə yaxındır ki, eyni hal təkrarlanır. Ötən gün məktəbli uşaqlardan biri manyakın bu qəfil hərəkətindən özünü necə itiribsə, avtomobillərin sürətlə hərəkət etdiyi prospektə çıxıb. Xoşbəxtlikdən, qəza baş verməyib. Valideyn olaraq çox narahatıq”.

Valideynin sözlərinə görə, övladlarını qarşılamaq üçün artıq sözügedən əraziyə getməyə məcbur olublar:

“Yaxınlıqda növbə çəkən polislərə bu barədə məlumat verdik. Təəssüf ki, həmin vaxt manyak orada yox idi. Polislər isə foto və yaxud videofakt təqdim etməyimizin lazım olduğunu dedilər”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Axar.az-a açıqlamasında bildirdi ki, bu haqda rəsmi müraciət daxil olmayıb:

“Buna baxmayaraq, sizin müraciətiniz mütləq nəzərə alınacaq və ən qısa müddətdə müvafiq tədbirlər görüləcək”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın