Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda məktəb direktoru iki xaricini maşınla vurdu, məsuliyyətdən yayındı – TƏFƏRRÜAT

Bakıda məktəb direktoru iki xaricini maşınla vurdu, məsuliyyətdən yayındı – TƏFƏRRÜAT

Hicran Qarabəylinin nöqsanlı fəaliyyəti şagirdlərin, valdieynlərin, pedoqoji heyətin ciddi narazılığına səbəb olur Paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsi 10 ünvanında yerləşən Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbin fəaliyyəti həm şagirdlərin, həm onların valideynlərinin, həm də adıçəkilən təhsil müəssisəsinin pedoqoji heyətinin ciddi narazılığına səbəb olur. Belə ki, məktəbin direktoru Hicran Ələsgər qızı Qarabəylinin bir sıra neqativ hallara, nöqsanlara yol verdiyini iddia edən məlumatlı şəxsin informasiyasında deyilir ki, adıçəkilən təhsil ocağında təlim-tədrisdən əsar-əlamət qalmayıb.
Beləliklə, 56 nömrəli orta məktəbin 1976-cı ildə istifadəyə verildiyini, 2014-cü ildə isə əsaslı şəkildə təmir olunduğunu bildirən mənbənin sözlərinə görə, hər il olduğu kimi bu dəfə də yeni dərs ili başlayar-başlamaz Hicran Qarabəylinin rəhbərlik etdiyi təhsil müəssisəsində müxtəlif bəhanələrlə yığımlar həyata keçirilib: «Deyilənlərə görə, Hicran Qarabəyli 56 saylı orta məktəbi müvafiq qanunlarla yox, özünün tətbiq etdiyi «qayda»larla idarə edir. Bildirilir ki, məhz elə bu səbəbdən də o, paytaxtın ən varlı məktəb direktorlarından biri kimi tanınır. Yəni o, müxtəlif üsullara əl atmaqla özünə yüksək şərait qurmağı bacarıb. Belə ki, onun bahalı avtomobilinin, Bakıda yeni tikilən binalardan birində böyük kvadratlı mənzilinin olduğu iddia olunur». Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, adıçəkilən təhsil müəssisəsində şagirdlərə normal təlim-tədris verilmir, il ərzində bir neçə dəfə valideynlər əlavə «ödəniş»lərlə üz-üzə qalırlar: «Deyilənlərə görə, 56 saylı orta məktəbin direktoru Hicran Qarabəyli tabeliyində çalışan müəllim heyətinə lazımı qaydada nəzarət edə bilmir. Məhz elə bu səbəbdən də vaxtaşırı adıçəkilən təhsil ocağında arzuolunmaz hallar yaşanır, hətta müəllimlər arasında dava-dalaş da müşahidə olunur. Ümumiyyətlə, adıçəkilən təhsil müəssisəsində bir sıra müəllimlər, həmçinin şagirdlərin böyük bir hissəsi təzyiqlərə məruz qaır.
Bütün bunlar onu deməyə əsas verir ki, Hicran Qarabəylinin rəhbərlik etdiyi orta məktəbdə təhsilin səviyyəsi mövcud standartlara, normativlərə cavab vermir. Onu da nəzərinizə çatdırım ki, qeyri-qanuni kadr dəyişikliyi, icbari qaydada həyata keçirilən yığımlar 56 saylı orta məktəbdə pedaqoq və şagird heyətini narazı salmaqla yanaşı, tədrisin keyfiyyətinə də mənfi təsirini göstərməkdədir. Belə ki, direktor tərəfindən hətta müəllim kollektivindən müxtəlif yığımlarının həyata keçirilməsi halları vəziyyəti daha da gərginləşdirib».
Bu arada, onu da bildirək ki, 56 saylı orta məktəbin direktoru təxminən, bir il bundan əvvəl avtomobillə xarici ölkə vətəndaşını vursa da, Hicran Qarabəyli müxtəlif yollara baş vuraraq bu məsələnin ört-basdır edilməsinə nail olub. Belə ki, ötən ilin iyul ayının 29-da saat 11:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayon Qırxbulaq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsinin qeydə alındığını vurğulayan məlumatlı şəxs bildirir ki, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Hicran Qarabəyli idarə etdiyi «Prado» markalı 90-UF-696 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən baykerləri vurub: «Qəza nəticəsində Hicran Qarabəyli, baykerlər – Polşa Respublikasının vətəndaşları 1976-cı il təvəllüdlü Eyva Petrovski və 1964-cü il təvəllüdlü Pyotr Muravski müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Polşa Respublikası vətəndaşları Eyva Petrovski döş fəqərəsinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə, Pyotr Muravski isə sağ biləyinin sınığı ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Deyilənlərə görə, 56 saylı orta məktəbin direktoru Hicran Qarabəyli həmin vaxt əlaqələrini işə salaraq, müxtəlif yollara baş vuraraq baş vermiş hadisəni ört-basdır edə bilib. Maraqlıdır, görəsən bu işdə Hicran Qarabəyliyə kimlərin yardımı dəyib?..»(gundelik-baku.com)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın