Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıda məşhur qızıl alverçisini qızı və bacısı uşaqları öldürüb – (YENİLƏNİB)

Bakıda məşhur qızıl alverçisini qızı və bacısı uşaqları öldürüb – (YENİLƏNİB)

Yanvarın 5-də Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsində iş adamı Məryəm Namidzadənin amansızlıqla qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, qızıl alverçisi kimi tanınan 56 yaşlı M.Namidzadəni qızı ilə birgə bacısının 2 övladı öldürüb.
Artıq həmin şəxslərin kimliyi müəyyənləşdirilib və onlar saxlanılıblar.
M.Namidzadənin qızının və bacısı uşaqlarının onu konkret hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Araşdırmalar davam etdirilir.
******
 
Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətə yetirən şəxslər tutulub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın