Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Araşdırma / Bakıda mərmər sexində faciə: ölənlər var

Bakıda mərmər sexində faciə: ölənlər var

Bakının Suraxanı rayonu, S.Əliyev küçəsində Bakı şəhər sakini Əzimov Bayram Mahir oğluna məxsus mərmər sexində faciə baş verib.

Bizimyol.info xəbər verir ki, hadisə dünən axşam 22 radələrində baş verib. Sexdəki mərmər lövhələr fəhlələrin üzərinə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb.

Oxuculardan birinin sayta verdiyi məlumata görə, sexdə 3 fəhlə olub və xilasediclər fəhlələrdən birinin həyatını xilas edə bilib. Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın