Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bakıda məktəb damında “ölüm gəzintisi” – DİREKTOR DANIŞDI,YENİLƏNİB

Bakıda məktəb damında “ölüm gəzintisi” – DİREKTOR DANIŞDI,YENİLƏNİB

Milli az. Nəsimi rayonunda yerləşən 46 saylı məktəbdə baş verənlərlə bağlı direktor Sevinc Budaqova ilə əlaqə saxlayıb.

S.Budaqova bildirib ki, əslində, bu şəkil uzun illər bundan əvvəl çəkilib və indiki zamanla heç bir əlaqəsi yoxdur: “Bu şəkil bizim məktəbin binasının şəkli olsa da, amma o, böyük ehtimalla ən azı 2001-2002-ci illərdə çəkilib. Mən bu məktəbə gələndən sonra bina iki dəfə əsaslı təmir olunub. Sonuncu dəfə məktəbin binası 2014-cü ildə əsaslı təmir olunub və təmirdən sonra onun açılışında prezident İlham Əliyev şəxsən iştirak edib.

Binanın köhnə görünüşündən indi, ümumiyyətlə, əsər-əlamət qalmayıb. Bu köhnə şəkli qoymaq, ajiotaj yaratmaq kimə lazımdır? Millətin gələcəyi olan şagirdlərin təhsil aldığı ocağa qarşı bu münasibət nədir? Axı hal-hazırda belə bir şey yoxdur. Şəkildəki pəncərələr, kondisionerlər, tüstü bacaları hamısı köhnədir. İndi bizdə bunların heç biri yoxdur. Hazırda məktəbin pəncərələrində, ümumiyyətlə, kondisioner yoxdur.

Bu şəkil çəkilən illərdə mən nəinki burada rəhbər vəzifədə, ümumiyyətlə, bu məktəbdə olmamışam. Vaxtilə məktəbdə şagirdlərin nəzarətdən qaçaraq belə bir intizamsızlıqlar edib-etmədiyini bilmirəm, amma bunu indiki dövrlə əlaqələndirmək düzgün deyil…”.

*   *   *15:35

Bakıda şagirdlərin məktəb binasının üzərində görüntüləri ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, 46 nömrəli məktəbin binasının damında gəzişən şagirdlər “ölümlə rəqs” edirlər.

Fotodan göründüyü kimi, məktəblilər arasında qız da var. Maraqlıdır, görəsən əsas vəzifə borclarından biri şagirdlərinin təhlükəsizliyini təmin etmək olan məktəb işçiləri dama çıxan uşaqlara niyə nəzarət etmirlər?

Paytaxtın mərkəzində şagirdlərin maniəsiz məktəbin binasına çıxa bilməsi təhsil ocağındakı təhlükəsizliklə bağlı suallar doğurur. Xoşbəxtlikdən dama çıxan şagirdlərlə bağlı heç bir hadisə baş verməyib. Amma bu, gələcəkdə məktəblərdə bədbəxt hadisələrin baş verməyəcəyinə əsas vermir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın