Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda məcburi köçkünlərin yataqxanasında güclü yanğın

Bakıda məcburi köçkünlərin yataqxanasında güclü yanğın

Paytaxtın Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın baş verib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.

Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsindən bildirilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.

Yanğının baş verən verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın