Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda lift qırıldı: 11 yaralı

Bakıda lift qırıldı: 11 yaralı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Azinforum.az  FHN-in saytına istinadən bildirir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

Musavat.com xatırladır ki, daha əvvəl yayılan məlumatda “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində liftin qırıldığı, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəyin dünyasını dəyişdiyi bildirilirdi.

Məlumatda iddia olunurdu ki, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb.

FHN-in xəbərindən isə hadisə nəticəsində 11 şəxsin zərər çəkdiyi, ölüm faktının qeydə alınmadığı aydın olur.

*   *   *21:38

Paytaxtda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.

Azvision.az-a daxil olan məlumata görə, metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Məlumata əsasən, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb.

Hələlik ölən şəxslərin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın