Ana səhifə / Araşdırma / Bakıda “Las Vegas” qumarxanası quran tələbələr jurnalisti hədələdi: “Pulumla başını…” – VİDEO

Bakıda “Las Vegas” qumarxanası quran tələbələr jurnalisti hədələdi: “Pulumla başını…” – VİDEO

Bugünlərdə sosial mediada ciddi şəkildə tənqidə məruz qalan videoçarx paylaşılıb. Ölkənin ən ağır dönəmində pula pul deməyən məmur övladları biraraya gələrək, “Las-Veqas” qurublar. 
Kütləvi şəkildə əxlaqsızlığı, içkibazlığı, harınlığı təbliğ edən video cəmiyyətdə qıcıq yaradıb. Videonu paylaşan onlarla vətəndaş bunu ölkədə qəsdən qarışıqlıq yaratmaq, insanların çətin durumunda qıcıq yaratmaq və beləliklə siyasi sabitliyi pozmağa cəhd kimi qiymətləndiriblər.
7News.az məsələnin aktuallığını nəzərə alıb, istinadla (xəbər sosial şəbəkələrdə yayılıb, 10-a yaxın sayt dərc edib) xəbəri dərc edib. KİV haqqında qanunun 62-ci maddəsində (Məsuliyyətdən azad edilmə halları) də açıq-aydın qeyd edilir ki, məlumat digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa redaksiya məsuıiyyətdən azad olunur.
Eyni zamanda, redaksiyamızın ünvanı, əlaqə telefonları saytda yerləşdirilməsinə baxmayaraq gələcəyin “diplomatları” məsələyə daha “diplomatik” yanaşaraq hədə qorxu, şantaj üsulunu seçdilər.
Bəli, biz də razıyıq ki, orda olan 500 gəncin hamsı məmur övladı deyil. Bəlkə də, bir çoxu videoçəkilişin olacağını belə yəqin etmirdi. İştirakçı gənc xanımlara isə sayqımız olduqca böyükdür. Burda məsələ ictimai qınaqdan gedir.
Azərbaycan Prezidenti bir ayda 3 dəfə geniştərkibli toplantı keçirdi. Bu toplantıların bir məqsədi devolvasiyanın gətirdiyi iqtisadi bəlalardan insanları az itki ilə xilas etməkdən ibarət idisə, digər bir məqsədi isə bir çox məmurlara, onların qohumlarına bu dönəmdə həssas olmağa, harınlığa, özbaşınalığa son qoymağa yönəlmiş çağırış idi.
Lakin “Las Vegas” disko barında gənclərin siqaretdən, içkidən necə zövq aldıqlarını açıq-aydın göstərmək, pulları (saxta olmasını heç yəqin edə bilmir, bu maraqlı da deyil) göyə səpmələri isə devolvasiya ucbatından əziyyət çəkən yüzlərlə insanın qıcıqlanması, eyni zamanda, məmurlar tərəfində hökümətə vurula biləcək ən ciddi zərbədir.
İsrarla məmur, oliqarx sinfinə aid olmadıqlarını söyləyən gənclər nədənsə öz şərhlərində məsələyə başqa prizmadan yanaşırlar. Bir qismi qaçqınları kobudçasına küçə söyüşləri ilə söyür, bir qismi isə günlük xərcinin 100 dollar olduğunu və bununla redaksiyaya problem yaradacağını deyir. Daha bir qismi isə “əcəb eləmişəm, istəyərəm araq içərəm, nəşə çəkərəm, qızlarla əylənərəm” deməsi bu gənclərin kasıb ailədən olmasını böyük bir sual altına qoyur.
Azərbaycan Diplomatik Akademiyası Azərbaycanın təhsil siyasətində öz yerini tutmuş nüfuzlu təhsil müəssisəsidir. Hesab edirik ki, bu cür gənclərin orda təhsil alması Akademiyanın mövcud nüfuzuna ciddi zərbədir.
Biz isə sadəcə, ölkə rəhbərliyinin tapşırığına müvafiq olaraq İCTİMAİ QINAQ funksiyasını yerinə yetiririk.
P.S. Bu video yayıldıqdan sonra tənqidə məruz qalan tərəf öz mövqeyini belə ifadə edib: “Bu video 24 dekabrda keçirilmiş və gənclər üçün nəzərdə tutulmuş yeni il tədbirinin hesabat videosudur. Tədbir boyunca və videoda göstərilən pul vahidləri saxtadır və VEGAS konseptini əks etdirən kartlar suvenir kimi istifadə olunmuşdur. İçəridə heç bir alkoqollu içkilərdən istifadə olunmamışdır və qanun çərçivəsindən kənar heç bir hal baş verməmişdir”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın