Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda “Koreya təbabəti” fırıldağı… – Xəstələr narazılıq edir

Bakıda “Koreya təbabəti” fırıldağı… – Xəstələr narazılıq edir

Bakının “Azneft” meydanı yaxınlığında, Əl Oyunları sarayı ilə üzbəüzdə bir klinika fəaliyyət göstərir.

► Koreyalı həkimlərin 1 illik planı

AzEuroNews.com-a verilən məlumata görə, Neftçilər prospekti 65 ünvanında yerləşən ofis Koreya Şərq Təbabəti Klinikasının şöbəsidir.

SEBA Assosiasiyası ilə Kyung Hee Universiteti arasında müqavilə əsasında bu tibb ocağı fəaliyyət göstərməkdədir.

Klinikada həm azərbaycanlı, həm koreyalı həkimlər çalışırlar. Ancaq koreyalı həkimlərin əksəriyyəti mövsümi xidmət göstərib.

Onların çoxu cəmi 1 il işləyərək Azərbaycanı tərk ediblər. Hazırda klinikada az sayda koreyalı həkim qalıb. Bu da işin müəmmalı tərəflərindən biridir.

Hətta onların əksəriyyəti işlədikləri bir il ərzində 3-4 pasient qəbul ediblər ya yox. Buna səbəb vətəndaşların sözügedən klinikaya inanmamasıdır.

Xəstələri adıçəkilən klinikaya aparanlar müştəri qazandırmaq üçün “makler”lik edirlər. Amma vətəndaşlar klinikaya daxil olanda aldadılmasının şahidi olurlar. Çünki onlara göstərilən xidmətlər heç bir fayda vermir.

► “Makler”lər müştəri tapır

Koreya Şərq Təbabəti klinikası ürək-qan-damar, mədə-bağırsaq, nevroloji, tənəffüs yolları, əzələ-oynaq, ginekoloji, dermatoloji, allergiya, piylənmə, xroniki yorğunluq xəstəliklərinin müalicəsini təklif edir.

Habelə, akupunktura (müxtəlif növ iynəbatırma), moksibişn terapiyası (dərinin müalicəvi maddələrlə dağlanması) vakuum terapiyası, autotens terapiyası, (ağrıkəsici elektroterapiya) nöqtə masajı, infraqırmızı işıqla müalicə, Koreyanın bitki mənşəli dərmanları ilə müalicə, teypinq (xüsusi plastrlarla müalicə) kimi xidmətlər var.

Ancaq bütün bu dekorasiya heç nəyi həll eləmir. Koreya Şərq Təbabəti klinikasına üz tutanlar şəfa tapmırlar, iynəbatırma və s. yollarla terapiya keçənlərə bir xeyri toxunmur.

Üstəlik, professor kimi təqdim olunan həmin koreyalı həkimlər öz vətənində işsiz qalan, tanınmayanlardır. Bakıda isə onların piarı aparılır və dəllallar müştəri tapıb klinikaya daşıyırlar.

► 2500 manat, dərman riski və 17 koreyalıdan cəmi 4-ü

Klinikanın reklamında həkimlərin adları da qeyd olunub: Kim Yonq Sok, Li Yun-Ho, Hvanq Min-Vu, An Se-Yong, Yum-Yonq-Cim, Co Seunqhum, Kim Kyu Seok, Nam Donqvu, Çink Von Suk, Çoyu Qaya, An İk Keyum, Kim Si Younq…

Klinikada iynəbatırma, bel bankası ilə nöqtələrə təsir və digər Şərq üsulları ilə müalicə aparılır. Koreyalı həkimin qəbulu 80-100 manatdır.

Həkim sizin xəstəliyinizi müəyyənləşdirəndən sonra həftədə iki dəfədən az olmayaraq gələcəksiniz. Hər dəfə də əlavə ödənişlər olacaq.

Əlavə ödənişlər 50 manatdan 100 manatadəkdir. Həkimin yazdığı dərmanlar isə yalnız klinikanın öz aptekində satılır.

Dərmanlar sifarişlə, məxsusi olaraq klinika üçün gətirilir. Dərmanların xəstəyə mənfi təsir edəcəyi halda geri qaytarılması mümkün deyil.

Bununla bağlı kassada xüsusi xəbərdarlıq asılıb. Yəni, məsuliyyət daşımırlar. Bir sözlə, Koreya həkimlərinin Şərq təbabəti üsulu ilə müalicəsi 1700-2500 manata gəlir.

Əslində məlum olur ki, klinikada 17 koreyalı həkimin işlədiyini elə-belə, sadəcə reklam xətrinə söyləyiblər. Klinikada Koreya vətəndaşı olan cəmi 3-4 həkim işləyir.

► Öz ölkəsində iş tapmayan həkimlər

Onu da deyək ki, 2009-cu ildən indiyədək 88 əcnəbi həkimə Azərbaycanda işləmək və ya müayinə aparmaq üçün icazə verilib.

2012-2013-cü illərdə 17 Türkiyə, 1 İtaliya, 2 Cənubi Koreya, 3 Cənubi Afrika, 6 Rusiya, 1 Bolqarıstan, 1 Almaniya, 1 ABŞ, 1 Ukrayna, 8 İran İslam Respublikası, 1 Norveç vətəndaşına Azərbaycanda işləmək üçün icazə təqdim olunub.

Məlum olub ki, yüksək ixtisaslı mütəxəssis, professor kimi dəvət edilən həkimlər arasında öz ölkəsində iş tapa bilməyənlər də var.

Amma onlar Azərbaycanda elə reklam olunur ki, qulaq həkimi ürək, kardioloq isə ginekoloji müayinələr aparmaqdan çəkinmir.

Bakıda "Koreya təbabəti" fırıldağı...
Bakıda "Koreya təbabəti" fırıldağı...
Bakıda "Koreya təbabəti" fırıldağı...
Bakıda "Koreya təbabəti" fırıldağı...
Bakıda "Koreya təbabəti" fırıldağı...
Bakıda "Koreya təbabəti" fırıldağı...

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …