Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Bakıda kofe aldı, içindən görün nə çıxdı – FOTO

Bakıda kofe aldı, içindən görün nə çıxdı – FOTO

Dükandan alınan “Neskafe”nin (Nescafe) içindən suxarı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov paylaşıb. O bildirib ki, məsələ ilə bağlı rəsmi distributorların məlumatlandırılmasına baxmayaraq, onlardan heç bir reaksiya gəlməyib:

“Ərzaq mallarının içərisindən çıxan kənar cisimlər muzeyi yaranacağını Azad İsehlakçılar İctimai Birliyi (AİİB) söyləmişdi. Bu “Neskafe”ni AİİB-ə gətirib təslim edən şəxs onu açanda suxarı əzintisi ilə doldurulduğunu görüb. AİİB-in sədri olaraq 4 gündür distributorlara və s. zəng edirəm ki, gəlin araşdırın, amma heç kimin vecinə deyil.

Bir sözlə, ehtiyatlı olun, hələ biz buna suxarı deyirik, bəlkə başqa nəsə var”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …