Ana səhifə / Araşdırma / Bakıda kişi keçmiş arvadını alimentə görə qətlə yetirib– TƏFƏRRÜAT

Bakıda kişi keçmiş arvadını alimentə görə qətlə yetirib– TƏFƏRRÜAT

Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın