Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda keçmiş polis bıçaqlandı

Bakıda keçmiş polis bıçaqlandı

Gecə saatlarında Bakının Xətai rayonunda keçmiş polis əməkdaşı bıçaqlanıb.

APA-nın məlumatına görə, təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub.

Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Araşdırmalar nəticəsində yaralının 33 yaşlı Samir Cəfərov olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu metronun “Əhmədli” stansiyasının qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı Xətai Ryon Polis İdarəsinin 34-cü bölməsində araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın