Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda iş axtaran qadını ofisdə zorladılar

Bakıda iş axtaran qadını ofisdə zorladılar

Bakıda cinsi zorakılığa məruz qalan qadın polisə müraciət edib. Lent.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonunun hüquq-mühafizə orqanlarına müraciət edən 33 yaşlı Mələk Abdullayeva (ad və soyad şərtidir) bildirib ki, Orxan adlı şəxs onu zorlayıb.

M.Abdullayeva qeyd edib ki, iş tapmaq məqsədi ilə Orxan adlı şəxslə tanış olub. Həmin şəxs qadını Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisə dəvət edib və ona iş tapacağına söz verib. Növbəti görüş zamanı isə Orxan M.Abdullayevaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İlkin araşdırmalardan sonra qadının şikayətçi olduğu şəxsin paytaxt sakini, 1991-ci il təvəllüdlü Orxan Səlimzadə olması müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın