Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda “İraq Hava Yolları” şirkətindəki dəhşətli qətlin təfərrüatları

Bakıda “İraq Hava Yolları” şirkətindəki dəhşətli qətlin təfərrüatları

“Dəmirçi Plaza” qətl törədən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını eıan edib.

Hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə baş verib.

Qeyd edilən şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

O, qətli “COBALT” markalı tüfənglə törədib. İttihamda yazılır ki, E.Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov rüfəngini götürüb, ofisə gəlib. Ofisdə Əli Ağalını qətlə yetirib.

E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Sərbəst ifadə verən R.Bəşirov bildirib ki, bir neçə il həmin ofidə işləyib: “Məni işə Eminağa düzəldib. Mənim dostumdur. Şirkətin rəhbəri ərəb idi. Eminağa onun tərcüməçisi idi. Rəhmətə gedən Əli Eminağa ilə yola getmirdi. Həmiçə pirinsip aparırdı. Onun dalınca danışırdı, maşında onu söyürdü. Mən də sürücü idim. Qəbul edə bilmirdim. O mənimlə də ədavət aparırdı. Çünli məni işə Eminağa düzəltmişdi. Emibağanın da rəhbərimiz olan ərəblə münasibəti yaxşı idi. Əli də bununla barışa bilmirdi. Əli şirkətdə direktor olanda mənimlə ədavətini artırdı. Mən də səbəbini soruşanda heçnə demirdi. Ancaq müdirin və Emibağanın arxasınca danışırdı”.

E.Bəşirov əlavə edib ki, hadisə günü Əli ilə birlikdə hava limanına gedirmişlər: “Əli və digər iş yoldaşım Natiqlə hava limanına gedirdik. Yolda Əli yenə də eyni söhbətləri etməyə başladı. Deyirdi ki, “savadsızlar, qanmazlar gəıib vəzifədə oturur, biz savadlılar kənarda qalırıq”.

Başladı Eminağanın ünvanıma xoşagəlməz sözlər deməyə. Mən ona xəbərdarlıq elədim. Dedim ki, yol gediriksəl, belə söhbətləri eləmə. Natiq də başladı gülməyə. Artıq mənə psixoloji təsir etməyə başladılar. Mənim əvvəl də psuxoloji problemlərim var idi. Artıq bu söhbətlər məni təngə gətirmişdi. Maşını saxlayıb dedim ki, aşağı düşsün. Düşmədi. Mən də qapını açıq, yaxasından titub yerə düşürtdüm. Natiq də düşdü. Maşına minib qapını örtdüm. Sürmək istəyəndə gördüm ki, Əli təpikləməyə başladı. Qapını açıb mənə yumruq, təpik zərbələri vurdu. Aşağı düşüb əlbəyaxa olduq. Natiq də sağ qolumu tutib burdu. Əli də məni vururdu. Amma ifadəsində deyir ki, guya bizi aralaşdırırmış. Sonra rəhbərlik bu söhbəti bildi. Məni çağırıb söhbət elədi. Dedim ki, əgər narazısınısa, mən işdən çıxaram. Dedilər ki, işdən çıxmırsan, sabah gələrsən Əligil də gələr danışarıq”.

E.Bəşirov səhər ofisə gələndə Əli ilə aralarında mübahisə yenidən başlayıb.

O, maşınında silah olmasının səbəbini izah edib: “Həmin gün ofisə gəlməkdə məqsədim işdən çıxəb, maaşımı alıb getmək idi. Mən həftə sonları atıcılığa gedirdim. Həvəskar idim. Maşına silahı da ona görə qoymuşdum ki, pulu alıb, sağollaşıb atışa gedim. Ofisə qalxdım ki, müdirlə danışım. Müdir həmişə işə tez gəlirdi. Tərslikdən həmin gün hec gəlmişdi. Oturub gözlədim. Nəzarət kameralarında da var ki, mən ora gedib işçilərlə görüşüb oturmuşam. Sonra Əli otağa girdi. Məni təhqir eləməyə, alçaldmağa başladı. Dünənki aöhbəti davam etdirmək isrəyirdi. Mənim sinəmdən tuyub çölə çıxarmaq istədi. Mən də çıxmadım. O yenə də təhqirlərini davam etdirdi. İşdən qovluq almağımı tapşırdılar. Aşağı düşəndə fikrimi dəyişdim. Dedim ki, silahı götürüb ondan qisas alım. Otağa qalxıb atəş açdım”.

Hadisə zamanı ofisdə olan şirkətin Natiq adlı əməkdaşı da xəsarət alıb.

E.Bəşirov Əlini öldürməyi qabaqcadan planlaşdırmadığını deyib: “Əgər belə niyyətim olsa idi elə gələn kimi vurardım. İçəri girəndə Əlini tuşlayıb atdım. Kimə dəydiyini bilmirəm”.

Təqsirləndirilən şəxs hadisəni psixoloji təsirlərdən sonra töeətdiyini qeyd edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın