Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda ilanla fala baxan ekstrasens axtarışa verildi

Bakıda ilanla fala baxan ekstrasens axtarışa verildi

Bakıda məşhur ekstrasens dələduzluq etdiyinə görə axtarışa verilib.

 Azinforum.az ” “Report”a məlumatına görə, ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Onunla bağlı artıq iki nəfər zərərçəkən qismində Səbail Rayon Polis İdarəsinə şikayət edib. T.Salamova istintaqdan yayınaraq ifadə verməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, T.Salamova “Lider” TV-də yayımlanan “Ekstra Hiss” yarışmasının qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın