Ana səhifə / Araşdırma / Bakıda iki uşaq anası özünü binadan atdı

Bakıda iki uşaq anası özünü binadan atdı

Bakıda 27 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

“ Azinforum.az ” Report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsi, Səfiyev küçəsi 15, mənzil 10-da yaşayan V. Quliyeva özünü 4-cü mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Quliyevanın 6 və 2 yaşında iki azyaşlı övladı var. Onun həyat yoldaşı taksi sürücüsü işləyir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın