Ana səhifə / Araşdırma / Bakıda iki kişi özünü bıçaqladı – İntihar məqsədilə

Bakıda iki kişi özünü bıçaqladı – İntihar məqsədilə

Bakıda iki nəfər intihara cəhd edib.

“ Azinforum.az ” ın Report-a istinadən xəbərinə görə, hadisələrdən biri Nizami, digəri Xətai rayonunda qeydə alınıb.

Belə ki, Nizami rayonunun Nəsimi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü Samir Fərzəliyev intihar etmək məqsədi ilə özü-özünə iki bıçaq xəsarəti yetirib.

Xətai rayonunun İ.İsmayilov küçəsindəki evlərdən birində yaşayan 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib.

Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın