Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda İcra Hakimiyyətinin keçmiş işçisi güllələnib – FOTOLAR

Bakıda İcra Hakimiyyətinin keçmiş işçisi güllələnib – FOTOLAR

Bakıda güllələnmə hadisəsi baş verib. 
 
Musavat.com-un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Cavadxan küçəsində qeydə alınıb.
Naməlum şəxs Göz Xəstəxanasının qarşısında avtomatdan dəfələrlə atəş açıb. Hadisə nəticəsində 43 yaşlı Qasımov Hüseyn Əli oğlu güllə yaraları alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Həkimlər onun həyatını xilas edə biliblər. Güllələrdən bir neçəsi hadisə yerində dayanmış “Niva” markalı avtomobilə və Göz Xəstəxanasının gözətçi otağına dəyib.
Xoşbəxtlikdən başqa xəsarət alan olmayıb.
Hüseyn Qasımovun güllələnməsinin səbəbləri və hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Qeyd edək ki, Hüseyn Qasımov bir müddət əvvələdək Bərdə Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.




Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın