Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda hüquqşünas polis qardaşını niyə öldürdü?

Bakıda hüquqşünas polis qardaşını niyə öldürdü?

Bakıda qətl hadisəsi törədilib.

Lent.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Əli Əliyev adlı şəxs qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.

Faktla bağlı cinayət işi açılıb.

***

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda – 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşını bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, hadisəni törədən 1990-cı il təvəllüdlü Əliyev Əli Murad oğlu cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü ildə anadan olmuş Əliyev Murad Ramazan oğlu isə konq-fu idman növü üzrə peşəkarlaşıbmış.

Bildirilir ki, qardaşı tərəfindən qətlə yetirilən Murad Əliyev Çevik Polis Alayında polis serjantı kimi fəaliyyət göstərirmiş. Hadisəni törədən 27 yaşlı Əli isə bir müddət əvvəl Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, olay vaxtı evdə onların anası olub. Qardaşlar anaları eyvanda olarkən dalaşmağa başlayıblar. Qadın deyib ki, onlar televizorun pultu üstündəı mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Bu zaman əsəblərinə hakim ola bilməyən Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirərək onu öldürüb. 27 yaşlı oğlan daha sonra evdən qaçıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın