Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda həbs edilən iş adamının zavodu bağlandı

Bakıda həbs edilən iş adamının zavodu bağlandı

Ötən həftə Bakının Qaradağ rayon ərazisində yerləşən metanol zavodu fəaliyyətini dayandırıb.

“Azadlıq” radiosunun məlumatına görə, zavodun nümayəndəsi Fuad Hətəmov bildirib ki, müəssisə işi SOCAR tərəfindən qazın çatdırılmaması səbəbindən dayandırıb.

Dövlət Neft Şirkəti tərəfindən təchiz edilən təbii qaz metanolun alınması üçün xammal olaraq istifadə edilir.

Amma SOCAR-dan Turan-a bildiriblər ki, AzMeCo qaz pulunu bazar qiymətinə ödəmək istəməyib. AzMeCo qazı “Azəriqaz”dan daha ucuz almaq istəyib.

Bir həftə bundan əvvəl AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev həbs olunduğu xəbər verilib.

Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Məlumata görə, Piriyev dələduzluqda, ictimai mülkiyyəti mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, Piriyev Bakıda 2007-ci ildə metanol zavodu tikintisi ideyası ilə peyda olub. Buna qədər Moskvada yaşayıb. Azərbaycan hökuməti ideyanı dəstəkləyib və kömək edib. O vaxt Piriyev bəyan edib ki, 2010-cu ildə zavod ilk məhsulu buraxacaq. Amma Piriyev yalnız 1 dekabr 2009-cu ildə Avrapo Yenidən qurma və İnkişaf Bankından ilk 150 milyon dollarlıq vəsait cəlb edib.

Zavodun açılışına Britaniyanın sabiq baş naziri Toni Bleir də dəvət olunmuşdu.

Zavodun tikintisi Piriyevə 450 milyon dollar başa gəlib.

Qalan 300 milyon dolları o Azərbaycan Beynəlxalq Bankının kreditləri ilə (hazırda bu bankda ciddi yoxlamalar aparılır, məlum olub ki, məmurlar və qohumları bu bankdan iri miqyasda kredit alıb, sonra ya qaytarmayıblar, ya da uzun illər gecikdiriblər) ödəyib. Zavod 2013-cü ilin sonunda istismara verilib.

Şirkətin rəsmi məlumatına görə, 2014-cü ildə AzMeCo Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edib.

Ötən həftə Nizami Piriyevin oğlu Nəsib AzMeCo şirkətinin 1milyard dəyərində bond buraxacağını elan etmişdi.

O bildirmişdi ki, bondan əldə olunan puldan Beynəlxalq Bankın borclarının qaytarılması üçün istifadə ediləcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın