Şənbə , Avqust 8 2020
Ana səhifə / Araşdırma / Bakıda həkim “Range Rover”i ilə piyadanı vurdu

Bakıda həkim “Range Rover”i ilə piyadanı vurdu

Ötən axşam Xəzər rayonu ərazisində Mərdəkan avtomagistralında 1961-ci il təvəllüdlü Babayev Rəfi Hacıağa oğlu yolu keçərkən “Range Rover” markalı avtomaşın tərəfindən vurulub.

“ Azinforum.az ” ın SalamNews-a istinadən məlumatına görə, yaralı sürücü tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin “Range Rover” markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib. Qeyd edək ki, “Range Rover” markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.

Həmçinin oxuyun

SOCAR-a məxsus torpaqlar vətəndaşlara NECƏ SATILIR?

Azərbaycanda dövlətə, o cümlədən Dövlət Neft Şirkətinə (SOCAR) məxsus torpaq sahələrinin ayrı-ayrı fiziki və hüquqi …

Bir cavab yazın