Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda güllələnən keçmiş məhkum “əyləncə” üçün oğurluq edibmiş

Bakıda güllələnən keçmiş məhkum “əyləncə” üçün oğurluq edibmiş

Hadisəni törədən 31 yaşlı İlqar Əliyev tutulub

Bakıda güllələnən keçmiş məhkumla bağlı maraqlı məlumatlar üzə çıxıb. 1991-ci il təvəllüdlü Abdulov Vasif Yunis oğlu küçədə odlu silahdan açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Musavat.com xəbər verir ki, faktla bağlı araşdırmalara başlanılıb. Odlu silahdan atəş açaraq cinayət əməli törədən şəxsin axtarışına başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən 1985-ci təvəllüdlü İlqar Əliyev saxlanılıb.
Vasif Abdulova gəlincə, onun adı 2015-ci ildə “Bakıda varlı ailələrin övladları ödəmə terminalını oğurladılar” başlıqlı xəbərlərlə mətbuatda çəkilmişdi.
2015-ci ilin iyulunda Bakının Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Ağsu sakini 1989-cu il təvəllüdlü Vasif Abdulov və 1991-ci il təvəllüdlü Nicat Əliyevi saxlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, onlar iyunun 19-da, Nardaran qəsəbəsində (Lahıc bağları) yerləşən və Aydın Ağayevə məxsus “Yusif” mağazasından ödəmə terminalı oğurlayıblar. Oğurlanan terminal Abdulova məxsus “KİA” markalı avtomobildə aparılıb. Aparatda 1600 manat pul olub.
İstintaq müəyyən edib ki, saxlanılan gənclər imkanlı ailələrin övladlarıdır. Vasif Abdulov o vaxt çay evinin sahibi idi. Asayiş keşikçiləri Abdulovdan niyə oğru olduğunun səbəbini soruşduqda o, “Əyləncə üçün” cavab vermişdi.
Vasif Avdulovun bu “əyləncə”si onu həbsxanaya qədər aparıb: məhkəmə 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin Vasif Abdulov cəzasının 1/3 hissəsini çəkdikdən sonra azadlığa çıxıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, ötən gecəki insidentə kriminal “razborka” səbəb olub. Hadisə zamanı orada daha bir neçə nəfər, o cümlədən, tanınmış idmançılar da olub. Onların adları bizə məlumdur. Lakin hüquq-mühafizə orqanlarından rəsmi təsdiq gəlmədiyindən, adları hələlik açıqlamırıq.
Mövzuya qayıdacağıq.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın