Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bakıda generalın gəlinini döyüb, pulunu apardılar – Bulvarda! (FOTO)

Bakıda generalın gəlinini döyüb, pulunu apardılar – Bulvarda! (FOTO)

 

Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş general Səməd bəy Mehmandarovun gəlini İza xanımın başına iş gəlib.
“Qafqazinfo” xəbər verir ki, generalın gəlini döyülüb.
Belə ki, o, ənənəvi olaraq hər gün Dənizkənarı Milli Parka gedir və təmiz hava alır. Bu həftənin birinci günü isə evinə qayıdarkən arxasınca iki gənc düşüb. Onlar yaşadığı binanın blokunda qadının başına daşla vurublar. İza xanım huşunu itirib. Ayılanda görüb ki, oğrular barmağındakı üzüyü və çantasından 50 manatı götürüb qaçıblar.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda qadının vəziyyəti qənaətbəxşdir.
Səməd bəy Mehmandarovun gəlininin başına iş gəldi

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın