Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda gecə klubunda törədilmiş qətllə bağlı müəmma (VİDEO, FOTOLAR)

Bakıda gecə klubunda törədilmiş qətllə bağlı müəmma (VİDEO, FOTOLAR)

Ötən gecə Bakıda törədilmiş qətllə bağlı bəzi detallar məlum olub. Musavat.com-un məlumatına görə, qətllə nəticələnən mübahisə Bülbül prospektində yerləşən “Kofein-klub”dan başlayıb. 
1980-ci il təvəllüdlü Sadiq Fətullayev və 1989-cu il təvəllüdlü Tural Abbasov səhər saat 6.00 radələrində klubda hələlik bəlli olmayan səbəbdən mübahisə ediblər. Sonra hər iki şəxs küçəyə çıxıblar və mübahisəni “Sahil” metrostansiyası yaxınlığındakı 1 saylı qadın məsləhərxanasının qarşısında davam etdiriblər. Bu zaman 36 yaşlı Sadiq Fətullayev 27 yaşlı Tural Abbasova bıçaqla xəsarət yetirib. O, Turalı yaralı vəziyyətdə qoyaraq, hadisə yerini tərk edib. Yaralı Tural Abbasov yerdə qalsa da, ona yardım edən olmayıb və təxminən 20-25 dəqiqə sonra qan itirməsi nəticəsndə dünyasını dəyişib.
Bülbül prospektində işləyən xadimələr Musavat.com-un əməkdaşına bildiriblər ki, onlar saat 7.00 radələrində işə gələrkən gəncin meyitini görüblər. Hüquq-mühafizə orqanlarına da hadisə barədə onlar məlumat veriblər.
Hüquq-mühafizə orqanlarından Musavat.com-a bildirilib ki, qətlə yetirilən Tural Abbasovla hadisəni törədən Sadiq Fətullayev daha əvvəldən tanış olublar. Onlar tez-tez “Kofein-klub”a əylənməyə gəlirlərmiş.
Hadisə yerini tərk edən Sadiq Fətullayev bir neçə saat sonra polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb. İşin əsas müəmmalı tərəfi də məhz budur. Adətən, anoloji hadisələrdə cinayət işi Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə başlanılır. Çünki, Sadiq Fətullayev Tural Abbasova bıçaqla xəsarət yetirib, onu yaralı vəziyyətdə qoyaraq hadisə yerini tərk edib və nəticədə zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş verdiyi “Kofein-klub” hazırda fəaliyyətini dayandırıb. İş üzrə klub sahiblərindən də saxlanılanların olması barədə məlumat var. Lakin əlavə şəxslərin saxlanılması hələlik rəsmən təsdiqlənməyib.







Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın