Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
“ Azinfirum.az ” Report-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub.
Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.