Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda gənc oğlan tanışı tərəfindən güllələndi

Bakıda gənc oğlan tanışı tərəfindən güllələndi

Paytaxtın Sabunçu rayonunda silahlı insident baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu tanışı tərəfindən güllələnib.

O, sol qolunun dirsək nahiyəsini dəlib keçən güllə yarası alıb. E.Məhərrəmov çoxlu qan itirsə də, özü polisə məlumat verib və xəstəxanaya gəlib.

Lakin vəziyyəti ağır olduğundan yaralı sonradan yaxınları tərəfindən özəl klinikaya köçürülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın