Ana səhifə / Araşdırma / Bakıda gəlinlik mağazasına şok hücum – Video

Bakıda gəlinlik mağazasına şok hücum – Video

Naməlum şəxs Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən gəlinlik mağazasına daxil olaraq gəlinlikləri yararsız hala salıb. Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən səhər saat 11 radələrində baş verib.

“ Azinforum.az ” APA TV-yə istinadən xəbər verir ki, mağazanı açan sahibkar gənc oğlanın obyektə daxil olduğunu görüb. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb. Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibi deyir ki, həmin paltarlar xaricdən gətirilir və ona 100 min manatdan çox ziyan dəyib.

Hadisənin kim tərəfindən törədildiyi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın